Hər gününüzün adı Bahar olsun, Bahar Rüstəmli

Bahar Rüstəmli müxbirlik peşəsinə həmişə sadiq qaldı. Necə ki, illər Bahar xanım üçün sadəcə təqvimdir, onun nə xarakterini, nə vücudunu dəyişdirə bilib, eləcə də jurnalistika yolu səmtini dəyişməyib.

Həmişəki kimi qalmaq olduğun kimi görünməkdir. Bahar Rüstəmli həm jurnalistikası, həm də varlığı ilə göründüyü kimidir.

Mübarəksiz Bahar xanım. Adınızın mənası düçüncənizə o dərəcədə sirayət edib ki, həmişə nikbin ovqatda görünürsüz. Hər gününüzün adı Bahar olsun, Bahar Rüstəmli.  

Mediaekspert.az